“Neftçi”dən hələ mövsüm bitməmiş ayrılan legioner Huqo Bastonun yeni komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, Kipr mətbuatı portuqaliyalı futbolçunun bu ölkədə çıxış edəcəyi dəqiqləşdiyini yazıb.

Belə ki, AEL uzun müddətdir danışıq apardığı 29 yaşlı oyunçunu heyətinə cəlb etməyə nail olub. “Neftçi” ilə müqaviləyə xitam verdiyi üçün azad agent statusu daşıyan Bastonun Limassol təmsilçisi ilə danışığı müsbət yekunlaşıb. Huqo Kiprə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında “Eştoril”dən keçən Basto keçən mövsüm Premyer Liqada 8 oyunda iştirak edib.