Qış fasiləsində "Napoli"dən ayrılacaq ilk futbolçu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumt yayıb.

 

O, Mario Rui ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcəyini bildirib. Qış "transfer pəncərəsi"ndə portuqaliyalı müdafiəçi azad agent olacaq.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ildən "Napoli"də oynayır. O, bu mövsüm Neapol klubunda heç bir görüşdə meydana çıxmayıb.