"Napoli"nin "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyneyə təklif etdiyi müqavilənin təfərrüatları məlum olub. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, neapollular yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalaya bilər.

 

İlk iki ildə belçikalı mövsümə 6 milyon avro qazanacaq. Üçüncü ildə isə maaşı 5 milyon olacaq. Bundan başqa imza bonusu da nəzərdə tutulub. MLS-də mübarizə aparan "Çikaqo Fayr" də futbolçunun xidmətində maraqlıdır.

 

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyunda başa çatır.