İngiltərədə azarkeş stadionda dünyasını dəyişib. Sport24.az xəbər verir ki, hadisə FA Kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən "Norviç" - "Uolsall" matçından sonra baş verib.

 

"Norviç" klubunun mətbuat xidməti dünyasını dəyişən azarkeşin ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, qarşılaşma "Norviç"in 5-1 hesablı qələbəsi ilə yekunlaşıb.