"Barselona"nın hücumçusu Rafinya İspaniya Super Kubokunun finalında "Real" üzərində 3-2 hesablı qələbədən sonra hisslərini bölüşüb. Sport24.az xəbər verir ki, braziliyalı forvard matçda iki qolla yadda qalıb:

"Bu mövsüm ən yaxşı anlardı? Belə deməzdim. Çünki mən özümdən çox şey tələb edən insanam. Mən həmişə komanda üçün hər şeyi verməyə çalışıram, həm müdafiədə, həm də hücumda kömək edirəm və əlimdən gələni edirəm.

 

Bizim çoxlu gənc oyunçumuz var. Belə düşüncəyə və daim qalib gəlmək istəyinə sahib olmaq klub üçün çox vacibdir. Biz titullar uğrunda mübarizə aparacağıq. Bu formanı geyinəndə əsas məqsəd kuboklar qazanmaq olur. Biz öhdəmizə düşən işi yaxşı yerinə yetiririk. 

 

Bu gün ən vacib olan odur ki, komanda ikinci hissədə toparlanaraq geri qayıtdı... Biz etməli olduğumu etdik. Əgər Flik gəlməsəydi, mən "Barselona"dan gedəcəkdim. O, hər şeyi dəyişdirdi. O, mənə komanda üçün lazımlı olduğumu dedi. Oyunçuya lazım olan budur - özünəinam".

 

Qeyd edək ki, "Barselona" tarixi ərzində 16-cı dəfə İspaniya Super Kubokunu qazanmaqla rekorda imza atıb. "Real"da isə 13- dəfə kuboku başı üzərinə qaldırıb.