Portuqaliya və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesin rəsmi "X" sosial media hesabı haker hücumuna məruz qalıb. Sport24.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
Mənbənin sözlərinə görə, naməlum şəxslər Fernandesin "X" hesabına daxil olub və bir sıra təxribat xarakterli mesajlar paylaşıblar. Onlar "Mançester Yunayted"i dağıtmağa, peşəkar dart oyunçusu Lyuk Litteri FIFA (indiki EA Sports) ilə təkbətək matça çağırıblar. Ondan "INEOS"dan ("Mançester Yunayted"i idarə edən Britaniya şirkəti - red.) qurtulmasını tələb ediblər, reper KSI-yə qarşı irqçi təhqir işlədiblər, "Komo"nun futbolçusu Alisiya Lemanna sevgilərini bildiriblər, Kriştiano Ronaldonun karyerasını bitirməsi barədə məlumat veriblər və Brunonun İngiltərə kriket komandasına transfer olunduğunu elan ediblər.
Hakerlər işlərini "Liverpul"un "Mançester Yunayted"i 7-0 hesabı ilə məğlub etdiyi məşhur matçın tablosunun şəkili ilə yekunlaşdırıblar.