Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
"Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.