Polşanın "Vidzev" klubu "Qarabağ"ın qapıçısı Mateuş Koxalskini heyətinə qatmaqda isralıdır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Ekstraklasa təmsilçisi 25 yaşlı qolkiper üçün təklif hazırlayır.

"Vizdez" polşalı oyunçu üçün əhəmiyyətli dərəcədə investisiya yatırmağı da planlaşdırır. Klub qışda olmasa da, yay transfer dönəmində "köhlən atlar"a rəsmi təklif göndərəcək. Çünki Azərbaycan çempionu Koxalskini ən azı mövsümün sonunadək heyətində saxlamq istəyir.

Qapıçının "Qarabağ"la müqaviləni yeniləyə biləcəyi də gözlənilir. O, ölkəsinə qayıtsa belə, iddalı komandalardan birində çıxış etmək arzusundadır.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayında "Stal"dan "Qarabağ"a transfer olunub. Azərbaycan klubu həmin vaxt onunla 3 illik müqavilə imzalamışdı.