Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Sumqayıt" transfer çalışmalarını da davam etdirir. Sport24.az xəbər verir ki, yaxın günlərdə "kimyaçılar"ın düşərgəsinə yeni futbolçunun qoşulacağı gözlənilir.

 

Söhbət xeyli vaxtdı "gənclik şəhəri"nin təmsilçisinə keçidi gözlənilən Emil Mustafayevdən gedir. Kluba yaxın mənbədən redaksiyamıza verilən bilgiyə əsasən, Mustafayev ən geci yanvarın 15-dək Saşa İliçin sərəncamında olacaq. 

 

Qeyd edək ki, "kimyaçılar" "Polessye"nin futbolçusunu mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Lakin Emil məlum səbəblərə görə, Ukraynadan çıxa bilmədiyi üçün "Sumqayıt"ın düşərgəsinə qatıla bilməyib.