Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, qadınların yarışında təxirə salınan iki matç baş tutacaq.
VII turdan təxirə salınan görüşdə "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i qəbul edəcək. II turdan təxirə salınan oyunda isə UNEC "doğma divarlar" "Abşeron"la qarşılaşacaq.
Kişi voleybolçuların yarışında isə IX tura start götürəcək. "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç görüş saat 17:00-da başlayacaq.