Qırğızıstan təmsilçisi "Ozqon" azərbaycanlı futbolçu Ramin Əhmədovun transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

 

Yarımmüdafiəçi daha əvvəl bu ölkədə "Alay"ın formasını geyinib.

 

Qeyd edək ki, "Ozqon"da digər azərbaycanlı oyunçu Orxan Əliyev də çıxış edir.