"Tottenhem" "Atletiko"nun yarımmüdafiəçisi Konor Qallexeri transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Madrid təmsilçisi futbolçunun yalnız icarə əsasında göndərilməsinə müsbət yanaşmır. Əgər icarə olarsa, müqavilədə məcburi satınalma şərti olmalıdır. Bundan əlavə, klub Qallaxer üçün ona ödənilən məbləğə yaxın bir transfer haqqı tələb edir.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2024-cü ildən "Atletiko"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-ci ilin yayına qədərdir.