Ötən gecə İspaniya Super Kubokunun finalı keçirilib. Sport24.az xəbər verir ki, matç "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bununla da "Barselona" "El Klassiko"da 105-ci qələbəsini qeyd edib və "Real" ilə (106) fərqi minimuma endirib. Bu komandalar arasında keçirilən 52 qarşılaşmada isə qalib müəyyənləşməyib.  

 

Katalonlar bu görüşlərdə 439, Madrid təmsilçisi isə 444 qol vurub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən matçda "Barselona" tarixində 16-cı dəfə Super Kubokun qalibi olub.