Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatının yeni mövsümünün ilk oyununa çıxıb.

Sport24.az xəbər verir ki, həmyerlimizin komandası səfərdə "Göteburq"la üz-üzə gəlib.

Matç qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb. Qurbanlı meydana 70-ci dəqiqədə daxil olub.