Azərbaycan yığmasının Millətlər Liqasındakı mümkün rəqibi Moldova yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Antalyada təlim-məqş toplanışındsa baş tutan matçda moldovalıların rəqibi Cənubi Koreya yığması olub.

Məhsuldar keçən görüşdə koreyalılar hər hissədə iki qol vuraraq 4:0 hesablı darmadağına seviniblər. "Keşlə"ninq apıçısı Stanislav Namaşkonu bu ağır məğlubiyyəti ehtiyatdan izləyib. 

Qeyd edək ki, Moldova – Qazaxıstan cütünün qalibi Millətlər Liqasında Azərbaycanla eyni qrupda oynayacaq.