"İnter" yayda heyətinə 2 yeni futbolçu qatacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

 

Onun məlumatına görə, klub Polşa millisinin və "Napoli"nin yarımmüdafiəçisi Pyotr Zielinski ilə "Porto"nun və İran millisinin hücumçusu Mehdi Taremi ilə anlaşıb. 

 

Qeyd edək ki, hər iki futbolçu bu yay azad agent kimi Milan nəhənginə keçəcək.