"Milan"ın hücumçusu Lorenso Kolombo "Genoa"ya icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı italiyalı ilə icarə müqaviləsi bir mövsümlükdür.
Qeyd edək ki, Kolombo 2024/25 mövsümündə icarə əsasında "Empoli"nin formasını geyinib. O, meydana çıxdığı 43 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.