"İnter Mayami"nin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, argentinalı futbolçu MLS-də müntəzəm mövsümü birinci sırada başa vurmaları haqda bunları yazıb:

 

"Gözəl axşam və klub üçün daha bir tarixi uğur. Mövsüm ərzində bizə dəstək olan insanlara təşəkkür edirik. Pley-offda görüşənədən!"

 

"İnter Mayami" çempionatı 74 xalla birinci sırada bitirib. Bu, klub və MLS tarixinin rekord göstəricisidir.