Fransanın PSJ klubunun üzvü Lionel Messi müqavilə müddətinin artırılmasına müsbət yanaşmır. Sport24.az xəbər verir ki, argentinalı karyerasını MLS-də davam etdirmək haqda düşünür.

Bütün titulları qazanan Messinin "İnter Mayami" variantı olduğu deyilir. Fevralın əvvəlində PSJ rəhbərliyi Messiyə yeni müqavilə təklif edilməsində problem ola biləcəyini qeyd edib.