"İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messi ailəsi ilə birlikdə Barselonaya qayıtmaq istəyiк. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "Sport.es"ə açıqlama verib:

 

"Barselona üçün çox darıxırıq. Uşaqlarım və həyat yoldaşımla daim Barselonada baş verənlər barədə danışırıq. Orada yaşamaq üçün geri qayıtmaq istəyirik. Orada evimiz, hər şeyimiz var, ona görə də istədiyimiz budur".

 

Messi bir müddət əvvəl "Barselona"dan istədiyi kimi ayrılmadığını bildirmişdi.

 

Qeyd edək ki, hücumçu 2003-cü ildən 2021-ci ilə qədər "Barselona"da oynayıb. O, bu müddətdə Kataloniya təmsilçisinin heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Argentinalı futbolçu 10 dəfə İspaniya çempionluğunu, yeddi dəfə Kral Kubokunu və dörd dəfə Çempionlar Liqasını qazanıb.