PSJ-dən ayrıldıqdan sonra klubsuz olan Keylar Navas karyerasını Braziliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qremio" azad agent statusunda olan kosta rikalı qapıçı ilə anlaşıb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

 

37 yaşlı qolkiperlə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

 

Qeyd edək ki, Keylor Navs PSJ-yə 2019-cu ilin sentyabr ayında "Real"dan keçmişdi. Təcrübəli qapıçı ötən mövsüm Paris təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.