WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri futbol klubunun sahibi olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Sport24.az xəbğr verir ki, məğlubedilməz britaniyalı boksçu bütün bu xəbərlərə görə mətbuatı günahlandırıb: “Məndən futbol klubu almaq istəyimlə bağlı fikrimi soruşublar. Onlara bunda maraqlı olmadığımı söyləmişəm. Amma qəzetlər istədiyi xəbəri tirajlaya bilir. Bunu da özlərindən uydurublar. Guya "Morkam” klubunun səhmlərinə sahib çıxmaq istəyirəm. Bu xəbərlər qətiyyən həqiqəti əks etdirmir”.

Xatırladaq ki, Fyuri “Mançester Yunayted” azarkeşidir.