"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunun matçında 11 metrlik penalti zərbəsini dəqiq yerinə yetirib. Sport24.az xəbər verir ki, Bernlidə keçirilən görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Misirli İngiltərə çempionatında 35-ci penaltini dəqiq vuraraq, 34 qol vuran Billi Liddellin rekordunu qırıb.
Salah İngiltərə Premyer Liqasında artıq 188 dəfə fərqlənib və bunun sayəsində 33 yaşlı misirli çempionat tarixinin ən yaxşı bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.
Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi "Liverpul" Premyer Liqada ardıcıl dördüncü qələbəsini qazanıb və 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.