"Qarabağ"ın müdafiəçisi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, komanda öz meydanında Uelslə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

"Qarabağ"ın müdafiəçisinin adını iştirak ərizəsinə salınmayıb. Veşoviç ilk tur çərçivəsində baş tutan İslandiya ilə oyunu da ehtiyat oyunçular skamyasından izləmişdi. 

 

Qeyd edək ki, 2 turdan sonra xalı olmayan Monteneqro millisi qrupda sonuncu pillədə qərarlaşıb.