Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann DÇ-2026 üçün ilkin 55 nəfərlik heyəti tərtib edib. Sport24.az insayder Florian Plettenberqə istinadən xəbər verir ki, "Bavariya"nın qapıçısı Manuel Noyer siyahıdakı beş qapıçıdan biridir.

 

40 yaşlı futbolçunun milliyə qayıtması mümkün hesab olunur. Noyer hətta bir nömrəli qapıçı ola bilər. Artıq bir neçə gündür ki, bu yöndə danışıqlar gedir. 

 

Almaniyanın DÇ-2026-nın qrup mərhələsindəki rəqibləri Kurasao, Kot-d'İvuar və Ekvador olacaq.

 

Qeyd edək ki, Noyer 2009-cu ildən 2024-cü ilə qədər Almaniya millisində oynayıb. Avro 2024-dən sonra qapıçı milli komandadan ayrıldığını elan edib. O, Almaniya millisində 124 oyun keçirib.