“Mançester Yunayted”in futbolçuları arasında Premyer Liqanın 5-ci turunda “Brayton”a məğlubiyyətdən (1:3) sonra paltardəyişmə otağında münaqişə yaranıb. Sport24.az xəbər verir ki, davada 4 futbolçu iştirak edib.

Bunlar yarımmüdafiəçilər Bruno Fernandes, Skott Maktominey və müdafiəçilər Lisandro Martinezlə Viktor Lindelöf olublar 

Bildirilir ki, futbolçuları “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq sakitləşdirib.