“Atletiko” və “Mançester Yunayted” komandaları arasında yoxlama oyunu keçiriləcək.

Sport24.az xəbər verir ki, komandalar yeni mövsümə hazırlıq çərçivəsində üz-üzə gələcək.

Oyun iyulun 30-da, Norveçin paytaxtı Oslodakı Ullevol stadionunda keçiriləcək.

“Atletiko” 2021/22 mövsümünün sonunda 71 xalla La Liqanı üçüncü sırada bitirib. “Mançester Yunayted” isə 58 xalla Premyer Liqanı 6-cı pillədə başa vurub.