“Mançester Siti”nin sabiq futbolçusu Elyakim Manqalanın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Fransanın “Sent-Etyen” klubuna keçib.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Manqala ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Manqala karyerası ərzində Portuqaliyada “Portu”, İngiltərədə “Everton”, “Mançester Siti”, İspaniyada “Valensiya” kimi klublarda çıxış edib. Fransalı müdafiəçi 2021-ci ilin yayından klubsuz idi.