"Mançester Yunayted" rəhbərliyi hücumçu Markus Reşfordu "Barselona"ya 26 milyon funt sterlinqə almaq hüququ ilə icarəyə verməyə razılaşdığına görə peşmandır. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
İngilis futbolçu bu mövsüm 34 matçda 10 qol vurub və 13 məhsuldar ötürmə edib. Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi oyunçunun transfer qiymətinin təxminən 50 milyon funt sterlinq olduğunu düşünür.
Oyunçunun özü Kataloniya klubunda qalmaq istəyir. İcarə müqaviləsində sözləşməni vaxtından əvvəl ləğv etməklə bağlı bənd yoxdur. "Mançester Yunayted"in həmtəsisçisi Cim Retkliff klubun maliyyə yükünü azaltmaq üçün Reşfordu satmaq istəyir. Ancaq forvardı ucuz qiymətə "Barselona"ya vermək istəmir.