İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ruben Amorimin "Bornmut"la oyun öncəsi sevimli 3-2-4-1 sxemində dəyişiklik etməyi planlaşdırdığı barədə məlumatın internetə sızdırılması ilə bağlı daxili araşdırmaya start verib. Sport24.az xəbər verir ki, klub rəhbərliyi bu informasiyanın rəqibin matça daha detallı hazırlaşmasına kömək etdiyini düşünür və sızmanın mənbəyini müəyyənləşdirməyə çalışır.

 

Maraqlıdır ki, sözügedən insaydın yayılmasından sonra azarkeşlər başqa bir məqama da diqqət yetiriblər. Belə ki, "Mançester Yunayted"də əvvəlki sızma ilə bağlı araşdırmanın başladığı barədə məlumatın özü də internetə çıxıb. Bu isə klub daxilində məlumat təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.

 

Hazırda klub daxilində araşdırma davam edir və sızmaların arxasında dayanan şəxslərin müəyyənləşdirilməsi əsas hədəf kimi göstərilir.