"Zirə" itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, "qartallar"ın futbolçusu Junior Martins cəzalı duruma düşüb.

Buna 26 yaşlı oyunçunun "Şamaxı"ya uduzduqları (1:2) Misli Premyer Liqasının XV turunun oyununda sarı vərəqə görməsi səbəb olub.

Braziliyalı hücumçu cari mövsüm çempionatda dördüncü dəfə bu halla üzləşdiyi üçün XVI turda "İmişli" ilə matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Junior Martins cari mövsümdə "Zirə" forması ilə Premyer Liqadakı bütün oyunlarda iştirak edib.