"Mançester Siti" qış "transfer pəncərəsi"ndə müdafiəçi Riko Luis üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Luisdən əlavə, hücumçu Oskar Bobb da bu qış klubdan ayrıla bilər. 22 yaşlı futbolçu heyətdə yer almaqda çətinlik çəkir. "Kristal Pelas" norveçlini icarəyə götürmək və ya birdəfəlik transfer etmək arasında seçim edir. 

 

Qeyd edək ki, Luis bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Bobb isə 14 oyunda meydanda olub və bir məhsuldar ötürmə edib.