Enzo Mareska istefa verəcəyi halda, "Barselona"nın sabiq baş məşqçisi Xavi "Çelsi"nin "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, London klubunun rəhbərliyi Mareskanın son mətbuat konfranslarında səsləndirdiyi fikirlərdən narazıdır. Baş məşqçi açıqlamalarında rəhbərlikdə təmsil olunanan bəzilərinin komandanı dəstəkləmədiyini bildirilib.

 

Qeyd edək ki, 45 yaşlı Xavi 2021-ci ildən 2024-cü ilə qədər Kataloniya klubuna rəhbərlik edib. İspan məşqçi işdən çıxarıldığı gündən bəri işsizdir. Bu ilin noyabrında isə Xavi Moskva "Spartak"ının təklifini rədd edib. "Çelsi" 16 turdan sonra Premyer Liqada dördüncü yerdədir.