"Barselona" və Polşa millisinin hücumçusu Robert Levandovski Lionel Messinin komanda yoldaşı ola bilər. Sport24.az xəbər verir ki, bu barədə Polşa yığmasının keçmiş oyunçusu, hazırda jurnalist kimi çalışan Marek Yuzviak məlumat yayıb.

 

Onun sözlərinə görə, "İnter Mayami" 37 yaşlı hücumçunun xidmətində maraqlıdır. Millinin sabiq üzvü onu da vurğulayıb ki, Amerika klubu artıq Levandovski üçün Mayamidə mənzil axtarır.

 

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.