"Mən ata kimi düşünürəm ki, o zəif işləsəydi, vəzifəsini sonradan bu qədər yüksəltməzdilər". Sport24.az Modern.az-a istinadən xəbər verir ki, buz sözləri AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv Assosiasiyalar Bölməsi üzrə baş icraedici vəzifəsində çalışan Elxan Məmmədovun atası Xalq rəssamı Səhlab Məmmədov deyib.

 

Məmmədov müsahibəsində oğlunun futbol sahəsinin adamı olmadığını bildirib:

 

"Özü futbolu sevirdi, amma bu sahənin adamı deyildi. Elxan idarəçiliyi bitirmişdi".

 

Xalq rəssamı milli komandanın həmin dövrdəki uğursuz çıxışının Elxan Məmmədovla bağlı olmadığını deyib:

 

"Mən ata kimi düşünürəm ki, o zəif işləsəydi, vəzifəsini sonradan bu qədər yüksəltməzdilər. Millimiz də öz üzərində işləyir. Çətindir bu proseslər. Biz də heykəltaraş olaraq dünyaya çıxmaq üçün çox əziyyət çəkirik. Biz balaca ölkəyik, yavaş-yavaş inkişaf edirik. Mən "Qarabağ"ın oyunlarına da baxıram. Bu gün qol vurur, hamı sevinir. Sabah uduzanda hamı tənqdi edir. Bu həyatdır, biz də insanıq".