İngiltərənin "Mançester Yunayted" klubu İsveç təmsilçisi AİK-də çıxış edən Kevin Fillinqin transferi ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" qışda 16 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Keçidin təxminən 3 milyon avroya baş tutacağı gözlənilir.
Almaniyanın bir neçə klubu da gənc oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Kevin Fillinq bu mövsüm 10 oyunda iştirak edib və 3 qol vurub.