"Çelsi" klubunun müdafiəçisi Tiaqo Silvanın ailəsi diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, braziliyalı futbolçunun kiçik oğlu İaqo ilk dəfə İngiltərənin U-15 yığmasına dəvət alıb.
14 yaşlı futbolçu 2020-ci ildən "Çelsi" akademiyasında məşq edir.
Məlumata görə, ötən həftə Silvanın böyük oğlu İsaqo da "Çelsi"nin Çempionlar Liqası üçün iştirak ərizəsinə əlavə olunub.