Norveçli xizəkçi, olimpiya çempionu Odd Martinsen 82 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, o, peşəkar karyerasını başa vurduqdan sonra idman funksioneri olub.

 

1986-cı ildən 2002-ci ilə qədər Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) xizək yürüşü komitəsinə rəhbərlik edib. Daha sonra təşkilatın fəxri üzvü olub.

 

Qeyd edək ki, O.Martinsen 1968-ci ildə Fransada keçirilən Qış Olimpiya Oyunlarında 1 qızıl və gümüş medal qazanıb. O, həmçinin dünya çempionatlarında bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.