"Qalatasaray" heyətini müdafiəçi ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Türkiyə çempionu " Napoli"nin futbolçusu Amir Rahmmanini heyətinə qatmağı planlaşdırır. 

 

İstanbul klubunun rəsmiləri kosovolu oyunçu üçün artıq hərəkətə keçib. 31 yaşlı futbolçunun keçidinin mövsümün sonunda baş tutacağı gözlənilir. 

 

Amir "Dreniça", " Partizani", "RNK Split", "Dinamo" (Zaqreb), "Lokomotiva" (Zaqreb), "Verona"da oynadıqdan sonra 2020-ci ildə "Napoli" yə keçmişdi. Onyn müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.