Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, II təsnifat mərhələsində "Sheki City" ilə qarşılaşan "Karvan-Yevlax" növbəti mərhələyə vəsiqəni təmin edib.

 

Şamaxı şəhər stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Yevlax təmsilçisi əlavə vaxtda Şəki komandasının qapısına daha iki dəfə yol tapıb.

 

Beləliklə, görüş "Karvan-Yevlax"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.