"Mançester Yunayted" "Nyukasl"ın oyunçuları Sandro Tonali və Entoni Qordonun transferini gözdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Qordonun "qırmızı şeytanlar"a transferi 109 milyon avroya, Tonalininki isə 91,5 milyon avro təşkil edə bilər. Lakin "sağsağanlar" hücumçu və yarımmüdafiəçinin yayda komandada qalması üçün əlindən gələni etməyə hazırdır. Bu isə "Mançester Yunayted"in işini çətinləşdirə bilər.

 

Qeyd edək ki, Tonali bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Qordon isə 37 oyunda iştirak edib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.