"Mançester Siti" yarımmüdafiəçi Rodrini satmağı düşünsə də, ispaniyalı üçün böyük məbləğ almaq niyyətindədir. Sport24.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, ingilis klubu əsas yarımmüdafiəçisini 100 milyon avro dəyərində qiymətləndirir.
Rodriyə maraq onun dünya çempionatında möhtəşəm çıxışından sonra daha da artıb. Yarımmüdafiəçi DÇ-2026-da "Qızıl Top" mükafatını qazanıb və İspaniya millisinin dünya çempionu olmasında əsas pay sahiblərindən biri olub. Oyunçu üçün namizəd "Real" hesab olunur.
Qeyd edək ki, Rodrinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb və 2 qol vurub.