Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Hapoel" (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.

 

Qarşılaşma Razqrad şəhərində yerləşən "Ludoqorets Arena"da baş tutacaq.