"Zirə"nin yarımmüdafiəçisi Rikardo Martins Konfrans Liqası II təsnifat mərhələsinin "Payde" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az portuqaliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

 

"Baş məşqçimizin də qeyd etdiyi kimi bizi təcrübəli komandaya qarşı oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bunun üçün ilk addımı sabah atmalıyıq".