PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Madrid "Atletiko"suna transfer olunacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer qiyməti 35 milyon avrodur. 5 milyon avro isə bonus şəklində Fransa klubuna ödəniləcək.
25 yaşlı koreyalı artıq tibbi müayinədən keçib və Madrid klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, koreyalı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. DÇ-2026-da isə o, üç oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.