Bu gün "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "qartallar" səfərdə Estoniya təmsilçisi "Payde"nin qonağı olacaq.
Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Santa Koloma" (Andorra) – "Rapid" (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Payde" (Estoniya) - "Zirə" (Azərbaycan)
Baş hakim: Roman Jitari (Moldova).
Parnu şəhər stadionu.