"Napoli" Romelu Lukakunu satmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub nümayəndələri oyunçunun agenti Federiko Pastorello ilə görüşüblər. Uzun sürən müzakirələrdən sonra tərəflər ortaq məxrəcə gələ bilməyiblər. "Napoli" Lukakunun maaşının azaldılmasını istəsə də, futbolçu bununla razılaşmayıb. 

 

Hücumçunun xidmətində bir çox klublar maraqlı olsa da, heç biri "Napoli"yə rəsmi təklif göndərməyib. 

 

Qeyd edək ki, Lukaku 2024-cü ilin avqustundan "Napoli"də çıxış edir. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdi. Hücumçu 2025/26 mövsümündə yeddi matçda bir qol vurub. "Transfermarkt" portalı onun transfer dəyərini altı milyon avro olaraq qiymətləndirir.