PSJ-nin mərkəz müdafiəçisi Herman Malonqa karyerasını "Mançester Siti"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Paris klubu Malonqaya peşəkar müqavilə təklif etmək niyyətində deyil, Britaniya təmsilçisi isə ona beş illik müqavilə imzalamağa hazırdır.

 

Qeyd edək ki, Malonqa PSJ akademiyasının yetirməsidir. 18 yaşlı futbolçu Fransanın gənclər millsinin də formasını geyinir.