Futbol üzrə dünya çempionatının J qrupunda ilk turunun növbəti oyunu keçirilib. Sport24.az xəbər verir ki, Avstriya millisi İordaniya ilə üz-üzə gəlib.
San-Fransiskoda baş tutan matçda sevinən tərəf avropalılar olub. Avstriya rəqibini 3:1 hesabı ilə məğlub edib. Görüşdə ilk qolu 20-ci dəqiqədə Romano Şmid vurub. İordaniya 50-ci dəqiqədə hesabı bərabərləşdirib. Ali Olvan komandasının tarixi qolunun müəllifi olub. Yazan Al Arabın 76-cı dəqiqədəki avtoqolu ilə Avstriya hesabda önə çıxıb. Oyunun əsas vaxtına əlavə olunmuş 12-ci dəqiqədə Marko Arnautoviç penaltidən fərqlənib.
Qeyd edək ki, digər oyununda Argentina Əlcəzair millisini 3 cavabsız qolla məğlub edib.