Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq. Sport24.az xəbər verir ki, püşkatma UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək.

 

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Qurban Qurbanovun komandası bu raundda da səpələnmişlər səbətində yer alacaq.

 

Ağdamlıların mümkün rəqibləri bunlardır: "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya) cütünün qalibi, "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya) cütünün qalibi, "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi.

 

qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.